Lənkəranda tikilməkdə olan şadlıq sarayı özəlliyi ilə seçiləcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, şadlıq evində yalnız inanclı insanların toy mərasimləri, dini toylar keçiriləcək. Hazırda tikintisi davam etdirilən bina şəhərin Şəhidlər Xiyabanı yaxınlığındakı ərazidə inşa olunur.

Restoran sahibi dindar olduğuna görə şadlıq sarayında təkcə dini toylar sifariş olunacaq. Azərbaycanda ilk dəfə belə bir şadlıq evi tikilir. Dini baxışına görə fərqlənən restoran fəaliyyət göstərmir. Sadəcə, spirtli içkini özü satmayan şadlıq evləri var.

Lənkəranda əsas şadlıq sarayları “Cənub”, “Şah”, “Sultan” və “Qala”dır.

Milli.Az