Milli.Az 4charx.com-a istinadən bildirir ki, Mercedes-Benz F015 kimi GEA da avtomobil-robotdur, əlavə olaraq onun əl ilə idarəetmə imkanları da var. Onun güc qurğusu 2 tonluq maşını 250 km/saat sürətlə hərəkət etdirə bilən və toplam 760 at gücündə olan dörd elektrik mühərrikindən ibarətdir. Hərəkət istiqamətinin əksinə açılan arxa qapılar və orta dayağın olmaması avtomobilin salonuna rahat daxil olmağa şərait yaradır. Burada isə qabaqda oturan sərnişin kürsüsü 180 dərəcə dönə bilir.
Salonun üç variantda transformasiyası onu biznes-mərkəzə (tavandan enən iki ədəd 19 düymlük monitor, yazı stolları və s.), fitnes zalına və ya əsl çarpayılı yataq otağına çevirməyə imkan verir. Maşındakı funksiyaların əksəriyyətini LG Watch Urban LTE “ağıllı” saatı ilə idarə etmək olar.
Milli.Az








