Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni Infiniti QX30 yapon premial brendin ilk qlobal krossoveri olacaq. Konseptual yolsuzluq avtomobilinin salonunda dörd müstəqil kürsü quraşdırılıb və burada yüksək keyfiyyətli materiallardan, iki rəngdə dəridən, rəngi seçilən tikişlərdən və işıqdiod işıqlandırmadan istifadə edilib. Avtomobilin interyeri bir sıra fiziki düymələrdən məhrum edilib, beləki bəzi funksiyaların idarə edilməsi məlumat-əyləncə sisteminin sensor ekranına köçürülüb.
Şirkətdə qeyd edildiyi kimi seriya Infiniti QX30 yolsuzluq avtomobili benzin və dizel mühərriklərinin geniş sırasına sahib olacaq.
Milli.Az










