Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbaev martın 6-da deyib ki, "dekorasiyanı dəyişmək vaxtıdır". O, tanınmış qadınlarla görüşündə bildirib ki, seçkiyə qatılıb-qatılmayacağını bilmir.
74 yaşlı Nazarbaev deyib ki, o, ölkənin müstəqilliyindən bəri dövlətin rəhbəridir: "Bəlkə də, teatrda dedikləri kimi, dekorasiyanı dəyişmək vaxtıdır". Ancaq prezident əlavə edib ki, ölkənin əksər vətəndaşı Qazaxıstanın stabilliyi üçün onun postunda qalmasını istəyir.
Milli.Az