Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni nəsil BMW 3-Series onun idarə edilməsini daha təhlükəsiz edəcək yeni sistemlər əldə edəcək. Məsələn, yeni avtomobil idarəetməni xeyli asanlaşdıracaq yarı-avtomat idarəetmə sistemi ilə təchiz ediləcək. Bundan başqa BMW 3-Series yeni parketməyə yardım və həmçinin fövqəladə tormozlanma sistemləri əldə edəcək.
Yeni nəsil BMW 3-Series güc qurğuları və onların xüsusiyyətləri artıq məlumdur. Bazada model 136 at güclü 1,5 litrlik üç silindrli benzin və 122 at güclü 1,6 litrlik dizel mühərriki ilə təchiz ediləcək. Bundan başqa 260 at güclü dörd silindrli və 365 at güclü altı silindrli benzin mühərrikləri də əlçatan olacaq.
Milli.Az
Böyütmək üçün şəkilə klikləyin.
