[ 07 Mart 2015 18:28 ]



Bakı. Ağa Cəfərli - APA. 2014-cü ildə müdafiə sənayesi sahəsində işləyənlərin sayı 5142 nəfər təşkil edib, onlardan 537 nəfəri kadr hazırlığı keçib.

 

APA-nın xəbərinə görə, bu barədə məlumat Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda əks olunub.

 

Yeni istehsal sahələrinin yaradılması hesabına 175 yeni iş yeri açılıb. İstehsal sahələrində çalışanların orta aylıq əmək haqqı 2013-cü illə müqayisədə 5 faiz artaraq 442 manat təşkil edib.

 

Müdafiə sənayesini yüksək ixtisaslı kadrlarla təmin etmək məqsədilə Azərbaycan Texniki Universitetində açılmış “Xüsusi texnika və texnologiyalar” fakültəsində hazırda 271 tələbə təhsil alır.