Daxili Qoşunların Hacıqabuldakı “N” saylı hərbi hissəsində bir sıra mühüm xidməti obyektlərin açılışı olub
Bakı, 7 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının növbəti ildönümü ərəfəsində - martın 7-də bu qurumun Hacıqabul şəhərində yerləşən “N” saylı hərbi hissəsində bir sıra mühüm xidməti obyektlərin açılış mərasimi keçirilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Sonra hərbi hissənin ərazisində nazir müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova hərbi qulluqçuların tədbirə hazır olması barədə raport verib. Nazir şəxsi heyəti salamlayıb, əlamətdar hadisələr münasibətilə onları təbrik edib.
Mərasim iştirakçıları hərbi hissənin xidməti və döyüş fəaliyyətini əks etdirən fotostendə baxıblar, daha sonra yeni istifadəyə verilmiş əsgər kazarması, tibb məntəqəsi, camaşırxana və digər məişət obyektləri ilə tanış olublar.
Nazir müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov son illərdə Daxili Qoşunlarda, o cümlədən bu hərbi hissədə həyata keçirilən abadlıq və quruculuq işləri barədə məlumat verib. Qeyd olunub ki, hərbi şəhərcikdə aparılan yenidənqurma işləri qısa müddət ərzində başa çatdırılıb. Beşmərtəbəli 400 nəfərlik zirzəmili əsgər kazarması, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi, eləcə də sıra meydanı və digər obyektlər şəxsi heyətin istifadəsinə verilib.
General-mayor Şahin Məmmədov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəxsi heyətə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, Vətənə, dövlətə, xalqa ləyaqətlə xidmət etmək üçün bu gün Daxili Qoşunların hərbi qulluqçularına hərtərəfli şəraitin yaradıldığını bildirib.
Komandan naziri əmin edib ki, şəxsi heyət bundan sonra da dövlət başçımızın yüksək diqqət və qayğısına fədakar xidməti ilə cavab verəcək, müstəqilliyimizi və dövlətçiliyimizi qorumağa hər an hazır olacaq.
Daxili işlər naziri dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını qeyd edib.
Sonda R.Usubov şəxsi heyətin fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirib və onu əmin edib ki, Daxili Qoşunların hərbi qulluqçuları qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, göstərilən diqqəti və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqlar.
Tədbirin sonunda əlamətdar hadisələr münasibətilə əsgərlərin, onların valideynlərinin və şəhər ictimaiyyəti nümayəndələrinin qarşısında Daxili Qoşunların nümunəvi hərbi orkestrinin geniş konsert proqramı keçirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10