Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İlkin İzzət/

Xırdalan şəhərində yerləşən emalatxananın işçisinin başına qəlibin düşməsi nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 6-da Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Euroscon” ASC-nin emalatxanasında, orada işləyən Mail Qasımovun üstünə çuqundan olan qəlib düşüb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma gedir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az