Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdəndir
Naxçıvan, 7 mart, AZƏRTAC
Bu gün Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesinə fəal qoşulur, ən müxtəlif sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.
Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri “Dövlətin idarə olunmasında gənclərin rolu” mövzusunda keçirilən dəyirmi masada çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Kamal Camalov səsləndirib.
Dəyirmi masada çıxış edən YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov qeyd edib ki, dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi peşəkar kadrların hazırlanmasından, gənclərin cəmiyyətin bütün sahələrində iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.
“Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdəndir. Bu sahədə görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır”, - deyən Anar İbrahimov bildirib ki, bu gün respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına da töhfə verirlər.
YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi tələbələrə vətənpərvər ruhda, qətiyyətli dövlətçilik mövqeyinə, sağlam əqidəyə malik, cəmiyyətə layiqli vətəndaş kimi yetişməyi tövsiyə edib.
Universitetin Tələbə İdman Şurasının sədri, pedaqogika ixtisası üzrə III kurs tələbəsi Nicat Allahverdiyev, hüquq ixtisası üzrə IV kurs tələbəsi Vüsal Məmmədov və digərləri bildiriblər ki, Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin uğurlu davamının nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəallıq göstərir.
Sonda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov, YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Kamal Camalov və təşkilatın sədr müavini, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov və digərləri tələbələri maraqlandıran sualları cavablandırıblar. Qərara alınıb ki, ayda bir dəfə müxtəlif səpgili mövzulara həsr olunmuş dəyirmi masa keçirilsin.
YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə keçirilən dəyirmi masada ictimai, siyasi fəallıqları ilə seçilən tələbə gənclər iştirak ediblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51