Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) öz partnyorları ilə birlikdə Albaniyada ilk qaz şəbəkəsini yaratmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. “Ötən ilin dekabrında Azərbaycan ilə Albaniya arasında bu ölkənin qazlaşdırılmasına dair baş planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bildiyiniz kimi, Trans-Adriatik qaz kəməri (TAP) də məhz Albaniyanın ərazisindən keçir və SOCAR bu ölkədə qaz distributorluğu yaratmağı planlaşdırır”, - deyə R.Abdullayev əlavə edib.