İsveç Silahlı Qüvvələrində əsgərlərin çatışmaması kəskin hiss olunur
Stokholm, 7 mart, AZƏRTAC
İsveç Silahlı Qüvvələrində əsgərlərin çatışmaması ilə əlaqədar kəskin vəziyyət yaranıb.
Könüllü hərbi hazırlıq keçən gənclərin sayı getdikcə azalır. Öz növbəsində, kontrakt üzrə orduya cəlb edilmə prosesi zəifləyir.
Bu məlumatlar İsveç parlamentinin (Riksdaq) müdafiə məsələləri üzrə komitəsinin yeni məruzəsində əks olunub. Məruzədə 2009-cu ildən sonra İsveç Silahlı Qüvvələrində baş vermiş dəyişikliklər ətraflı təhlil edilir.
Xatıtlada ki, 2009-cu ildə Riksdaq ölkə ərazisində ümumi hərbi mükəlləfiyyətin müvəqqəti dayandırılmasını qərara alıb. Bununla əlaqədar, 2010-cu il iyunun 1-dən etibarən İsveçdə hərbi mükəlləfiyyət əvəzinə könüllü hərbi hazırlıq tətbiq edilir.
Qoşunların strategiyası da dəyişdirilib və ərazi üzrə iri qoşunlar əsasında müdafiə sistemi əvəzinə, zəruri ehtiyac olan yerlərdə istifadə edilməli olan çevik qüvvələr sisteminə keçilib. Lakin bu dəyişikliklərin əlavə təsirləri də üzə çıxıb. Ordu üçün zəruri insan resurslarının olmaması bu sistemin əsas nöqsanlarından biri hesab edilir. Aparılmış hesablamalara görə, ölkədə təhlükəsizliyin təmin edilməsi üçün orduya 50.000 əsgər lazımdır, lakin əsgərlərin faktiki sayı xeyli azdır. Məsələn, bu il İsveç ordusuna cəlb edilmiş hərbi qulluqçuların sayı nəzərdə tutulduğundan 6.000 min nəfər az olub.
İsveçin hakimiyyət orqanları və ölkə parlamenti bu sahədə yaranmış vəziyyəti nəzərə alaraq, məsələnin həllinin müxtəlif variantlarını təklif edirlər. İsveçin müdafiə naziri, sosial-demokrat Peter Xultkvist İsveçdə Norveç modelindən istifadə etməyin mümkün olub-olmamasını öyrənmək niyyətindədir. Xatırladaq ki, Norveç ordusunda müddətli xidmətdə olan hərbi qulluqçularla yanaşı, orduya kontrakt üzrə cəlb edilənlərdən də istifadə olunur.
Gözlənildiyinə görə, İsveçin müdafiə sisteminin 2016-2019-cu illər üçün strateji inkişaf planı tezliklə qəbul ediləcək. İsveçdə hərbi mükəlləfiyyət sisteminə qayıtmaq məsələsinin qızğın mübahisələrə səbəb olacağı ehtimal edilir.
Xarici siyasi vəziyyətin kəskinləşməsinə baxmayaraq, İsveçin müdafiə sisteminin strateji inkişafına dair yeni qanun layihəsi Riksdaqa bu ilin payızından tez təqdim edilməyəcək.
Bu barədə danışıqlar hələ başlanmayıb. Lakin gözlənildiyinə görə, yeni layihənin maliyyələşdirilməsi məsələsi daha bir ciddi maneə ola bilər. Silahlı qüvvələr maliyyələşdirmənin artırılmasını tələb edir, Maliyyə Nazirliyinin təklif etdiyi məbləğ isə bundan xeyli azdır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51