Milli.Az AHT-yə istinadən bildirir ki, stadionda 7 yaşlı qızı Dina ilə birlikdə meydana çıxan Loren Şubertlə tribunalardakı 20 mindən artıq azarkeş vidalaşıb.
Matçın ertəsi günü Şubert evtanaziyaya məruz qalıb, zəhərli inyeksiyadan sonra həyatla vidalaşıb.
L.Şubert son 20 ildə 37 cərrahiyyə əməliyyatına məruz qalmışdı. Həkimlərin son müayinədən sonra "xəstəliyinizin müalicəsi yoxdur" demələrindən sonra Şubert evtanaziyaya qərar vermişdi.
Şubert sevimli klubunun azarkeşlərinin davranışından riqqətə gəlib, "belə vida gözləmirdim" söyləmişdi.
Milli.Az








