“Azərbaycan, Latviya və Estoniyanın Elektron Hökumət sahəsində qabaqcıl təcrübələri” mövzusunda seminar keçirilib
Üç ölkənin dövlət, özəl və QHT sektorlarını təmsil edən təşkilatların nümayəndələrinin iştirak etdiyi seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Estoniyanın Elektron Hökumət Akademiyası tərəfindən həyata keçirilən “Azərbaycan və Estoniya – Elektron Hökumət sahəsində iki öncül ölkə” layihəsi çərçivəsində baş tutub.
Tədbirdə Azərbaycanda Elektron Hökumət quruculuğu sahəsində əldə edilən nailiyyətlər, eləcə də “ASAN Xidmət” mərkəzləri vasitəsilə dünya miqyasında yeni olan vətəndaşlara sosial yönümlü xidmətlərin göstərilməsi konsepsiyası barədə ətraflı məlumat verilib.
Seminarda, həmçinin, xüsusi maraqla qarşılanan mövzulardan biri elektron və mobil hökumət konsepsiyasının açar komponenti olan “Asan İmza” mobil elektron imza xidməti və Azərbaycanda onun tətbiqi olub. Tədbir iştirakçıları “Asan İmza” xidmətinin ölkədə istifadəsinin yayılmasını əks etdirən statistik göstəricilərlə tanış edilib, vurğulanıb ki, istifadəyə verildiyi 2013-cü ildən keçən müddət ərzində “Asan İmza” dünyanın ən dinamik inkişaf edən mobil imza texnologiyası kimi tanınıb.
Bundan əlavə, tədbir iştirakçılarına mobil imza texnologiyasının tətbiqi zamanı ilk dəfə Azərbaycanda istifadə edilmiş “PPP” (public-private partnership, dövlət və özəl sektorların əməkdaşlığı) modeli barədə məlumat verilib.
Ümumilikdə, Azərbaycanın Elektron Hökumətin tətbiqi sahəsində qazandığı təcrübə və bu istiqamətdə tətbiq etdiyi müasir texnoloji və infrastruktur yanaşmalar müsbət qiymətləndirilib və digər ölkələr üçün örnək model kimi səciyyələndirilib.
Qeyd edək ki, “Azərbaycan və Estoniya – Elektron Hökumət sahəsində iki öncül ölkə” layihəsi iki ölkə arasında Elektron Hökumət quruculuğunda birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən kommunikasiya layihəsidir.
SEYMUR
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51