Azərbaycanın Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlığı genişlənir
Laksenburq, 5 mart, AZƏRTAC
Martın 6-da qərargahı Avstriya Respublikasının Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) yaradılmasının 4-cü ildönümü qeyd olunub.
Avstriyanın yüksək vəzifəli şəxslərinin, Akademiyanın İdarəetmə Şurası üzvlərinin, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror, İACA Assambleyasının sədri Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbiri giriş sözü ilə açan Akademiyanın icraçı dekanı Martin Kroytner görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Akademiyanın Azərbaycanla səmərəli institusional əməkdaşlığını qeyd edən M.Kroytner bu tədris ocağı ilə əlaqələrə xüsusi önəm verdiyinə görə ölkəmizə dərin minnətdarlığını bildirib.
Mərasimdə Azərbaycan Respublikasının Baş prokuroru, İACA Assambleyasının sədri Zakir Qaralov çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin ölkəmizdə prioritet olduğunu, kompleks və ardıcıl inzibati və institusional islahatların həyata keçirildiyini, bu siyasətin uğurla davam etdirildiyini diqqətə çatdırıb. Baş prokuror beynəlxalq aləm tərəfindən Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə verilən yüksək qiymətin təzahürü olaraq ötən il noyabrın 19-21-də İACA Assambleyasının 3-cü sessiyasının Bakı şəhərində keçirilməsinə və Azərbaycanın nümayəndəsinin Assambleyanın sədri seçilməsinə görə Akademiyaya üzv dövlətlərin nümayəndələrinə təşəkkürünü bildirib.
Ölkəmizlə Akademiya arasında səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayan Baş prokuror İACA-nın qarşısında duran vəzifələrin həllində Azərbaycanın bu mötəbər tədris ocağına hər zaman dəstək olduğunu qeyd edib. Azərbaycanın Akademiyanın Assambleyasında sədrliyi dövründə görülmüş və gələcəkdə həyata keçiriləcək işlərə toxunan Z.Qaralov İACA-nın fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində ölkəmizin bundan sonra da zəruri dəstəyini əsirgəməyəcəyini bildirib. Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən qanunvericilik bazasının formalaşdırıldığını, korrupsiyaya qarşı mübarizə komissiyasının, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin, “ASAN” Xidmət və “Elektron Hökumət” portalının yaradıldığını vurğulayan Baş prokuror ölkəmizin bu sahədə öz müsbət təcrübəsini bölüşməyə hazır olduğuna əminlik ifadə edib.
Eyni zamanda, tədbir çərçivəsində Bolqarıstanın vitse-prezidenti, Akademiyanın İdarəetmə Şurasının rəhbəri Marqarita Popova, Avstriyanın ədliyyə naziri Volfqanq Brandştetter, daxili işlər naziri Yohanna Mikl-Leitner və digər rəsmi şəxslərlə görüşlər keçirilib, qarşılıqlı fəaliyyətə dair fikir mübadiləsi aparılıb.
Həmçinin tədbir iştirakçılarına “ASAN” Xidmətin, korrupsiyaya qarşı mübarizə Baş idarəsinin fəaliyyətini və ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində görülmüş işləri əks etdirən kitab, jurnal və digər nəşrlər təqdim edilib.
Tədbirdə ölkəmizin Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov iştirak edib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Laksenburq
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51