Kantar tədqiqat şirkəti 2014-cü ilin noyabrından 2015-ci ilin yanvarına olan dövrdə Avropada mobil əməliyyat sisteminin yayılmasını göstərən hesabat dərc edib. Bu informasiya satılmış qurğuların həcminə əsaslanır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, satılmış Android smartfonların payı 67,2 faiz təşkil edib ki, bu da bir il əvvəl müvafiq dövrlə müqayisədə 2.3 faiz aşağıdır. iOS mobil platforması, əksinə, 3,2 faizlik artım göstərib. Windows Phone platforması öz mövqeyini yaxşılaşdırıb: bazar payı 9,6 faizə (ötən il 9.4 faiz olub) çatıb. Lakin Microsoftun mobil platforması əvvəlki kimi ən yaxın rəqibdən iki dəfə geri qalır.
Tədqiqatın nəticələrinə əsasən, iOS mobil platformasının bazar payı üzrə ən böyük artım Böyük Britaniya (+11,4 faiz) və İtaliyada (+5,7 faiz) qeydə alınıb, yalnız Yaponiya (–7,3 faiz) və Fransada (-2 faiz) azalma olub. Android mobil platformasının bazar payı üzrə ən böyük artım Yaponiyada (+5,8 faiz), nəzərəçarpacaq azalma Avstraliyada (-10,8 faiz) qeydə alınıb.
Yaponiya yeganə ölkədir ki, iOS platforması Androidi ötür. Çində iOS mobil sisteminin bazar payı 25 faizədək artıb.
Milli.Az