“Vocativ” və “Pornhub” saytları dünyada porno videoların izlənilmə statistikası ilə bağlı araşdırma aparıblar.

Axşam.az xarici KİV-lərə istinadən xəbər verir ki, araşdırma porno saytlara girən istifadəçilərin 31 faizini 18-24 yaşlı gənclərin təşkil etdiyini ortaya çıxarıb. İkinci yerdə isə 25-34 yaşlı şəxslər təşkil edir. Ən aşağı rəqəm isə 65 yaş və ondan yuxarıdır.

Porno izləyicilərinin dünya üzərindəki yaş ortalaması 35.3-dür.

Porno izləməyə ən çox vaxt ayıranlar isə 45-54 yaş arasında olanlardır. Onlar orta hesabla hər dəfə bu videoları izləməyə 10 dəqiqə 4 saniyə sərf edirlər. Ən az vaxt sərf edənlər isə 18-24 yaşlı gənclərdir.

Dünyada hər 100 qadından 23-ü porno izləyirmiş. Həmçinin qadınlar arasında da ən çox porno izləyən gənclərdir.