Xalq artisti Rəmiş heç vaxt barmağından çıxarmadığı üzüyünün qiymətini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, gitara ifaçısı “ATV Maqazin” verilişinə açıqlamasında onu həyat yoldaşının hədiyyə etdiyini bildirib:
“1,5 əyyarlıdır, brilyantdır. 4 min manatadır. Həyat yoldaşım bağışlayıb”.
Uzun müddətdir xəstəlikdən əziyyət çəkən Rəmiş dərmanını tapıb:
“Ağ ciyərimdə problemim var idi. Dərmanı tapılmırdı. İndi Gülü onu tapıb. Yumurtanın ağını içirəm. Sarısını özü yeyir, ağını mən”.

