Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Kiprdə dizayner Tezel Ziyanın “Qadına şiddətə yox” adlı dəfiləsində iştirak edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecədə Günayın sinə dekoltesi böyük səs-küy yaradıb.

İndiyədək heç bir kişidən şiddət görmədiyini söyləyən model boşanmaq üzrə olduğu aktyor həyat yoldaşı Tolqa Karellə çəkildiyi “Kod adı K.O.Z.” filminin münasibətlərinə təsir etmədiyini söyləyib.