Birgə Açıq Azərbaycan Çempionatının ikinci günü başa çatdı.

ANS PRESS-in məlumatına görə, bədii gimnastika üzrə 2014 Dünya çempionu, rusiyalı gimnast Yana Kudryavtseva böyük hesab fərqi ilə bədii gimnastika üzrə çoxnövçülük yarışının qalibi oldu. Yana çoxnövçülük yarışını lentlə olan çıxışı ilə yekunlaşdırdı və rəqiblərindən 5 xal çox toplayaraq öz qələbəsini təsdiqlədi.

Azərbaycanlı gimnast Marina Durunda yüksək çıxış nümayiş etdirdi. Lakin lentlə olan çıxışından sonra ümumi balda Yana Kudryavtsevanı üstələyə bilmədi və beləliklə də gümüş medala sahib oldu. Gürcüstanlı Salome Pazhava, azərbyacanlı Gülsüm Şəfizadə və avstriyalı Nicol Ruprecht bürünc medala görə mübarizə apardılar. Bu yarışın qalibi Azərbaycan gimnastı Gülsüm Şəfizadə oldu.

Rusiya komandası lentlərlə yüksək çıxış nümayiş etdirdi və hesab cədvəlinin ən yuxarı pilləsinə yüksəldi. Bu komanda halqalar və gürzlərlə olan 3+2 çıxışında da texniki cəhətdən güclü olduğunu nümayiş etdirərək sonda qızıl medala sahib oldu. Yarışın ikincisi Fransa komandası oldu. Azərbaycanın iki komandasıı bürünc medal uğrunda mübarizə apardı. Yarışın sonunda üçüncü ilə dördüncü yerin arasında cəmi 0.001 xal fərqi yarandı.

Akrobatika gimnastikası üzrə Milli Olimpiya Komitələri akrobatika gimnastikası yarışlarında qarışıq cütlüklər və gruplar kateqoriyalarında mübarizə apardılar. Bolqarıstan komandası balans və temp hərəkətləri üzrə yarışlarda yüksək çıxış nümayiş etdirərək 79.549 xal qazandı və qızıl medala sahib oldu. Azərbaycan komandası 0.900 xalla cəzalandırılmasına baxmayaraq Alman komadasını arxada qoyaraq gümüş medala yiyələndi.

Qrup çıxışlarında yalnız Azərbaycan və Almaniya təmsil olundu. Almaniya komandasının dinamik və maraqlı çıxışına baxmayaraq Azərbaycan komandası 6 xal fərqlə qızıl medal qazandı.

Batut gimnastikasının təsnifat mərhələlərində Portuqaliya həm kişi, həm də qadınlar arasında olan yarışlarda liderlik edirdi. Anna Rente qadınlar arasında iki çıxışından sonra ümumilikdə 95.560 xal topladı və rəqibləri ilə arasındakı xal fərqini 4-ə çıxardı. Amerika Birləşmiş Ştatları adına yarışan gimnastlar Shaylee Dunavin və Nicole Ahsinger uğurla çıxış edərək təsnifat mərhələsində birinci yerdə qərarlaşdılar. Portuqaliyalı gimnast Diogo Abreu Azərbaycanlı rəqibi Oleg Piunov üzərində qələbə qazanaraq birinci yerdə qərarlaşdı. Kişilər arasında sinxron yarışın təsnifat mərhələsində Pedro Ribieiro Ferreira ilə birlikdə oyundaşı Abreu nəticə cədvəlinin ən yuxarı pilləsinə yüksəldilər.

Aerobika gimnastikası üzrə yarışlarda İspaniya gimnastları Sara Moreno və Vicente Lli qarışıq cütlüklər yarışında Rumıniyalı rəqibləri Lavinia Panaete və Dancian Barnanı 0.150 xal fərqi ilə üstələməyi bacardılar. İrəlidə olan iki cütlükdən 3 xal arxada olan Azərbaycan cütlüyü üçüncü yerdə qərarlaşdı. Beləlilkə, yarışısn sonu günü baş tutacaq müsabiqədə rəqabət əsasən iki komanda arasında gedəcək.




Mənbə
ANS PRESS