Bakı, 6 mart, Gülnar Bəşirova, AZƏRTAC
Bu gün saat 21:00-dan etibarən Heydər Əliyev prospekti köməkçi yolda (şəhər istiqamətində) piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
“Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirilib ki, sürücülər alternativ olaraq Heydər Əliyev prospektindəki əsas yoldan istifadə etsinlər.