Zukerberq rabitə operatorlarının gəlirinin artımını saxlamaq zərurətini vurğulayıb
"Bir faktı unutmaq lazım deyil ki, məhz operatorlar internet dünyasında real inkişafı təmin edir" – Zukerberq bildirib. Bununla belə, bir çoxları qeyd edir ki, "Facebook"un direktorunun çoxmilyardlı auditoriyanın internetə çıxışını təmin etmək cəhdi operatorların gəlirlərinin azalmasına səbəb olur.
Zukerberq deyib ki, mobil şəbəkələrin qurulması üzrə işlər böyük xərc tələb edir və yeganə çıxış yolu operatorların biznesinin sürətli artımıdır. "Telenor Group", "Millicom International Cellular" və "Airtel" operatorlarının direktoru Zukerberqin təşəbbüsünü dəstəkləyib. Bu şirkətlər abunəçilərə "Facebook" tərəfindən hazırlanmış, yerli hava və başqa faydalı məlumatları əldə etməyə imkan verən "Internet.org" mobil proqramına ödənişsiz giriş imkanı verir.
"ICTnews" elektron xəbər xidməti "vedomosti.ru" saytına istinadən bildirir ki, "Airtel Africa"nın baş direktoru Kristian De Faria deyib ki, son ildə onun şirkətinin "Facebook"la münasibətləri uğurla inkişaf edib və "Internet.org" sayəsində operator yeni müştərilər cəlb edə bilib. "Millicom"un rəhbərlərindən biri Mairo Zanotti deyib ki, "Internet.org" üzrə birgə layihənin işə salınmasından sonra onun şirkəti Tanzaniyada smartfon satışını 10 dəfə artırıb.
Amma operator və internet şirkətlər arasında fikir ayrılığı qalır. "Telenor" şirkətinin baş direktoru Yon Fredrik Baksaas bildirib ki, ötən il "Facebook" şirkətinin "WhatsApp" messencerini satın alması bizi təşvişə salıb, çünki mətn mesajları ilə mübadilə əvvəlki kimi bizim üçün mühüm gəlir mənbəyidir. – Operatorlar "Internet.org" təşəbbüsünə qoşulmaqla bağlı düşünüblər. Heç kim öz evinin açarını rəqibə verməyə razılaşmaz".
Zukerberq etiraf edib ki, belə narahatlığa əsas var və məhz buna görə "Internet.org" xidmətinə internet-telefoniya daxil edilməyib. Əks təqdirdə mobil operatorların biznesinə zərər dəyərdi.
Emil Hüseynov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51