Universitetdə dərs deyən bu qadın müəllimi ölkədə "mələk" adlandırmağa başlayıblar. Milyonlarla insan onu təqdir edir, qəhrəman sayır.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Tailandın paytaxtı Banqkokdakı Mahudol Universitetinin tibb fakültəsində dərs deyən 30 yaşlı Praeva Mitrakul işdən evə qayıdarkən yolda qəza ilə qarşılaşıb.
 
Motosikli idarə edən Akara Yamnam yük maşını ilə toqquşmuşdu. Zərbənin vurub bir kənara atdığı Akarın boğazı kəsilmişdi.
Bunu görən Praeva dərhal ona yaxınlaşıb və kardiqanını yaralının boğazına sıxaraq qanaxmanın qarşısını alıb.
 
Təcili yardım olay yerinə gələnədək P.Mitrakul yaralının yanında oturmuşdu.
Olayın fotoları sosial şəbəkələrdə yayılandan sonra taylar doktor Praevanı "şəfqət və xilas mələyi" adlandırıblar.
 
Hadisəni mobil telefonla çəkmiş 27 yaşlı Yinqyot Şrinakarn deyib: "Doktor çox sakit, təmkinli davranırdı. O, nə etmək gərəkdiyini bilən insan təsiri bağışlayırdı. Kardiqanını çıxardı, yaraya sıxdı və qanaxmanın qarşısını aldı. O qadın əsl qəhrəman, əsl mələkdir".
 
Milli.Az
 



Videonu izləmək üçün şəklə klikləyin.
фото