Bakıda yaşlı kişi parkda həyata vida etdi. Nəsimi rayonu, R.Məmmədov küçəsi 25 ünvanının qarşısında yerləşən parkın oturacağında 83 yaşlı Aydın İsmayılov qəflətən ölüb. Onun ürək tutmasından öldüyü ehtimal olunur. Üzərində zorakılıq əlamətləri olmayıb.