“Office 365” istənilən şirkətdə “Microsoft”un bulud xidmətlərindən faydalanmağa şərait yaradır
Bakı, 6 mart, AZƏRTAC
“Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Bakıda informasiya texnologiyaları mütəxəssislər üçün ”Microsoft”un bulud xidmətlərinin satışının əsasları” mövzusunda treninq keçirilib.
AZƏRTAC xəbər verir ki, 30 mütəxəssisin iştirak etdiyi treninqi Rusiyadan xüsusi dəvət olunmuş “Microsoft”un tədris proqramları üzrə təlimçisi Valeri Yefremov keçirib. İştirakçılara “Office 365” haqqında məlumat verən V.Yefremov qeyd edib ki, bu xidmət istənilən miqyasda fəaliyyət göstərən şirkətlərdə səmərəliyin artırılması üçün bulud xidmətlərindən faydalanmağa şərait yaradır. “Office 365” xidməti pul və vaxta qənaətlə yanaşı, dəyərli resursların qorunub saxlanması, həmçinin istənilən yerdə fərdi kompyuter, planşet və ya smartfon vasitəsilə sənədlərlə işləmək imkanını yaradır.
“Qlobal iqtisadi böhran şəraitində şirkətlərin infrastruktur üzrə xərcləri bəzi hallarda əlavə yükə çevrilir və büdcəyə yenidən baxılması zərurəti yaranır. Bu baxımdan “Office 365” istənilən sifarişçi şirkətin ehtiyaclarını ödəmək üçün maksimal dərəcədə çevik həll yoludur. Kiçik miqyaslı bir şirkət il ərzində az miqdarda vəsait xərcləməklə gərəkli proqram və xidmətlərdən yararlana bilər. İri kompaniyalar isə büdcənin yenidən təşkili ilə proqram təminatına olan xərcləri azalda bilərlər. Hazırkı dövrdə dünyanın aparıcı 100 şirkətindən 41-i “Microsoft”un bulud xidmətlərindən istifadə edir”, - deyə V. Yefremov bildirib.
Treninqdə “Azure Trust Center” – bulud xidmətinin təhlükəsizlik tələblərinə cavab verdiyini təsdiqləyən dəlillər, “Azure Calculator” – təqdim edilən xidmətlərin istifadəsindən əvvəl qiyməti müəyyənləşdirməyə imkan verən alət nümayiş etdirilib. Dünya təcrübəsində “Azure”dan istifadə ssenariləri kimi “Disaster Recovery Site”, “Azure Backup”, “Azure Storage”, “Sınaq mühiti” haqqında nümunələr göstərilib. “Azure” tək “Microsoft”u deyil, həmçinin “Open Source” olan digər sistemləri də dəstəkləyir.
Qeyd edək ki, “Office 365” xidməti “Microsoft”un poçt, əlaqə və digər tanınmış məhsulların bulud versiyalarını (“Exchange Online”, “SharePoint Online” və “Lync Online”) “Office Professional Plus” ofis əlavələri paketi vasitəsilə özündə birləşdirir. Servisə illik abunə olan istifadəçilər bütün proqram və xidmətlərin ən son versiyalarından yararlana bilərlər. Hər bir abunəçi “Office 365”dən beş qurğuda istifadə edə bilər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04