Bu gün səhər saatlarından başlayaraq yağan intensif yağış cənub bölgəsindəki çaylarda daşqın təhlükəsi yaradıb.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, yerli sakinlər deyir ki, Cəlilabad rayonundan keçən Mişarçay çayının məcrasından çıxması Cəlilabad-Hasıllı avtomobil yolunun keçdiyi bəndin su altında qalmasına səbəb olub.
 
Ən son məlumatlara görə bu saatlarda da sözügedən ərazidə nəqliyyat vastələrinin hərəkət etməsi mümkün deyil. 10-dan yuxarı kəndi birləşdirən bu yolun sel suların altında qalması sürücüləri digər alternativ yollardan istifadə etməyə vadar edib.
 
Milli.Az