Rusiynın Murmansk vilayətinin cənubundakı Kandalakşa şəhəri artıq neçə aydır ki, taksa cinsindən olan qoca köpək və elə onun "yaşıd"ı olan canavardan ibarət "mütəşəkkil cinayətkar dəstə"dən əziyyət çəkir.
 
Milli.Az İnterfaks-a istinadən bildirir ki, yerli sakinlərin dediklərinə görə, taksa və canavarlar şəhər parklarında gəzintiyə çıxarılan köpəklərlə yanaşı, həyətlərdəki itləri də ovlayır, parçalayıb yeyirlər.
 
Canavarla taksadan ibarət banda planlı hərəkət edir. Taksa ev itlərinin diqqətini cəlb edir və "qurban"lar itlə oynamağa çəkinmədən çıxırlar, onun arxasına düşürlər. Taksa potensial şikarı kolluğa tərəf aparır və orada marığa yatmış canavar şikarın üstünə atılaraq onu parçalayır.
 
"Bizdə olan məlumata görə, taksa cinsindən olan köpəklə canavar razılaşdırılmış şəkildə ov edirlər. Canavarın qabaq pəncələrindən biri güllə yarası aldığından zədəlidir və bu səbəbdən o, sürətlə qaça bilmir. Bu səbəbdən də taksa "qurban"ı kolluğa aparır, orada da canavar hücuma keçir. Öldürülən iti isə taksa ilə canavar parçalayıb yeyirlər", - Kandalakşa Şəhər Ov Nəzarəti Xidmətindən bildiriblər.
 
Murmansk Vilayət Daxili İşlər İdarəsinin əməkdaşları bu "banda"nı axtarırlar.
 
Milli.Az