Bakı, 5 mart, Tərgül Ağayeva, AZƏRTAC
Martın 5-də Heydər Əliyev adına Müasir Təhsil Kompleksində bu təhsil müəssisəsinin şagirdi Arzu Abbasovanın "Cənnət lövhələri” adlı müəllif konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub.
Əvvəlcə A.Abbasovanın yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, o, 2011-ci ildə Bakıdakı G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin bəstəkarlıq şöbəsinə daxil olub və hazırda həmin məktəbdə təhsilini davam etdirir.
A.Abbasova 12 yaşında “Bahar gəldi”, “Yeni gün”, “Zarafat” “Rəqs fantaziyası” kimi kiçik həcmli, fortepiano üçün pyeslər yazıb.
Konsertdə A.Abbasovanın “Sülh nəğməsi”, “nağıllar aləmində” “Fantaziya” və digər əsərləri səsləndirilib.