Ekologiya idarəsində ictimaiyyətlə görüş keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya idarəsi tərəfindən Azərbaycan Respublikasının Ekoloji Qanunvericiliyinin və Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyaların tələblərinə əsasən Qazıməmməd-Qazax (1-ci xətt) magistral qaz kəmərinin 210 kilometrlik hissəsinin yenidən qurulması layihəsi ilə əlaqədar Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanıb. Sənəd üzrə ictimai rəyin öyrənilməsi, layihə ilə əlaqədar müzakirələrin aparılması, o cümlədən təklif və rəylərin yekun sənəddə nəzərə alınması məqsədilə ictimai dinləmə keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırlanmış ƏMTQ sənədi ilə ictimaiyyətin tanış olması üçün ekologiya idarəsində, Qaz ixrac idarəsində və Ağdaş magistral qaz kəmərləri sahəsində məlumat yerləşdirilib. Keçirilən ictimai dinləmədə maraqlı tərəflərin iştirakının təmin edilməsi üçün mətbuatda elan verilmiş və layihənin əhatə etdiyi Hacıqabul, Ağdaş, Ağsu, Göyçay, Yevlax və İsmayıllı rayonlarının İcra hakimiyyətlərinə dəvət məktubları göndərilib.
İctimai dinləmədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli nümayəndəliklərinin, SOCAR-ın ekologiya idarəsinin, Qaz ixrac idarəsinin, “Neftqaztikinti” trestinin, “Neftqazelmitədqiqatlayihə” institutunun, o cümlədən bələdiyyələrin, hökumət və qeyri hökumət təşkilatlarının, yerli icmaların təmsilçiləri iştirak ediblər. Görüşdə Azərbaycanın neft-qaz sənayesinin tarixi, inkişaf mərhələləri və bu sahədə əldə edilmiş uğurlar, beynəlxalq layihələr, regionların təbii qazla fasiləsiz təmin olunması sahəsində görülmüş işlər barədə ətraflı məlumat verilib.
İdarənin nümayəndələri təqdimatla çıxış edərək, 1020 millimetrlik Qazıməmməd-Qazax (1-ci xətt) magistral qaz kəmərinin müvafiq hissəsinin yenidən qurulması layihəsi ilə əlaqədar hazırlanmış ƏMTQ sənədinin məqsədi, layihə ərazisində həyata keçirilmiş ilkin ekoloji tədqiqatlar, flora və fauna, ekoloji həssas ərazilər, layihənin icrası ilə əlaqədar ətraf mühitə potensial təsirlər və onların yumşaldılması tədbirləri, layihə alternativləri, o cümlədən ətraf mühitin idarə edilməsi və monitorinq planı barədə iştirakçılara ətraflı məlumat veriblər.
Görüşdə ƏMTQ layihəsi ilə əlaqədar iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə üzrə rəy və təkliflər öyrənilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10