Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması üzrə elektron xidməti istifadə sayına görə ilk yeri tutub
Bakı, 5 mart, AZƏRTAC
Cari ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən istifadə sayı 133 min 324 ədəd təşkil edib. Bu göstərici ilə qeyd olunan e-xidmət “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında yenə ilk yeri tutub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, son bir ayda ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən istifadə sayı 60 min 354 ədəd, “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı isə 10 min 592 ədəd olub. ƏƏSMN-nin yalnız bu 3 elektron xidməti üzrə istifadə sayı 204 min 270 ədəddir. Nazirliyin bütün e-xidmətləri üzrə istifadə sayı isə 206 min 969 ədəd olmaqla “Elektron hökumət” portalı üzərindən 43 qurum tərəfindən göstərilən 277 elektron xidmətə dair ümumi istifadə sayının (704 min 970 ədəd) 29,3 faizini təşkil edib.
ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətləri ötən il əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində əhalinin istifadəsinə verilib. Həmin sistemin tətbiqi əmək münasibətlərinin elektron müstəvidə qeydiyyatı və şəffaflaşdılmasına, əmək bazarına, işçi hüquqlarının təminatına dövlət nəzarətinin təkmilləşdirilməsinə, qeyri-leqal məşğulluq hallarının aşkar olunaraq aradan qaldırılmasına xidmət edir. Əmək müqaviləsi bildirişlərinin bu sistemdə qeydiyyatdan keçirilməsi işçilərin gələcək sosial və layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsas yaradır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51