Bakıda 3-cü Beynəlxalq Caspian Energy Forum-2015 keçiriləcək
Bakı, 5 mart, AZƏRTAC
Martın 11-də Bakıda 3-cü Beynəlxalq Caspian Energy Forum-2015 öz işinə başlayacaq. Forum Azərbaycanın Energetika Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Caspian European Club-un dəstəyi ilə təşkil olunur. Forumun proqramı və spikerlərin yenilənmiş siyahısı barədə məlumatı rəsmi saytdan - www.caspianenergyforum.com əldə etmək olar.
Caspian European Club-un İcraiyyə Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, forumda Azərbaycanın, habelə Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və idarələrinin rəhbərləri, ölkəmizdə akkreditə edilmiş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak edəcəklər.
Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin dünya enerji bazarlarına inteqrasiyasının bütün aspektlərinin müzakirəsi planlaşdırılır. Enerji, nəqliyyat və infrastruktur layihələrində, artan upstream qaz sektorunda, Xəzərin ehtiyat potensialında Azərbaycanın hakim mövqeyi forumun məruzəçilərinin, deleqat və iştirakçılarının diqqət mərkəzində olacaq.
İkinci hissədə isə qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forumu keçiriləcək. Forumda maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, inşaat və digər qeyri-neft sektoru sahələrinə innovasiyaların tətbiqi, eləcə də biznesin aparılması, biznes-hakimiyyət dialoqunun yaradılması məsələləri müzakirə ediləcək.
Həmçinin forum çərçivəsində “Caspian Energy Award – 2015” beynəlxalq mükafatının rəsmi təqdimetmə mərasimi də keçiriləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10