Özünə olan qayğısı və diqqəti ilə tanınan “Real Madrid”li futbolçu Kriştiano Ronaldo bu dəfə həmin düşkünlüyünü heykəlinə göstərib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu 2013-cü ilin dekabrında Madriddə Madam Tüsso muzeyində sərgilənməyə başlayan mum heykəli üçün bərbər tutub. Heykəlinin baxımlı və yaraşıqlı görünməsini istəyən Ronaldo saç ustasını hər ay muzeyə göndərir. Muzeyin direktoru Qonzalo Presa faktı təsdiqləyib.