Milli.Az ICTnews-a istinadən bildirir ki, o, öz çıxışının çox hissəsini üçüncü dünya ölkələrinin əhalisini internetlə təmin etməyi hədəfləyən Internet.org layihəsinin müzakirəsinə həsr edib. Zukerberq pilotsuz uçuş aparatları və başqa həllərin layihə çərçivəsində necə istifadə olunacağını dəqiqləşdirməyib.
Hazırda malik olduğumuz texnologiyaların bəziləri az səmərəlidir. Bizim peyk və başqa istiqamətlər üzərində işləməyimiz bu texnologiyaların planetin bütün sakinlərini internetlə təmin etmək məsələsinin öhdəsindən gələcəyi demək deyil. 5-10 il sonra bu sahədə çoxlu innovasiya olacaq – şirkətin direktoru deyib.
Bu istiqamətdə Google şirkətilə əməkdaşlıq etməklə bağlı Zukerberqə sual verdikdə o, belə cavab verib: Əlbəttə.
Facebook sosial şəbəkəsinin qurucusu Mark Zukerberq 2013-cü ilin avqustunda Internet.org layihəsini elan edib. Internet.org – bu, texnologiya sahəsinin liderləri, qeyri-kommersiya təşkilatları, yerli cəmiyyətlər və ekspertlər arasında qlobal əməkdaşlıqdır. Onlar dünya əhalisinin üçdə iki hissəsinin internetə çıxışını təmin etmək üçün səylərini birləşdirirlər. Müxtəlif resurslar, qabaqcıl təcrübə və müxtəlif alətlərlə mübadilə edən Internet.org proqramının tərəfdaşları 3 əsas inkişaf sahəsi üçün həll axtarırlar: əlçatanlıq, səmərəlilik, biznes modelləri.
2014-cü ilin oktyabrında Internet.org layihəsi İndoneziyada işə salınıb.
2015-ci ilin yanvarında Facebook Internet.org proqramını Kolumbiya, bir ay sonra Hindistanda işə salıb.
Milli.Az