TTV (Region TV) xəbər verir ki, məktəbin direktoru deyir ki, bu il yer olmadığından cəmi 60 qəbul olub. Hazırda liseydə 6 fakültə - dərzi, əməliyyatçı mühasib, elektrik, traktorçu-maşınçı, avtomobil çilingəri, dülgər-xarrat parket ustası ixtisasları öyrədilir. İstehsalat və xidmət sahəsində daha çox tələb olunan ixtisaslar üzrə qrupların açılması üçünsə imkan yoxdur. İxtisaslar arasında məhdudiyyətlər olduğundan şagirdlər istəmədiyi peşələri seçməyə məcbur olurlar.
Liseyə 9-cu sinifdən gələnlər ixtisasla bərabər həm də ümumtəhsil fənlərindən də təhsil alırlar. Liseyi bitirəndən sonra onlara diplom və atestat verilir.
Milli.Az
Videonuz izləmək üçün şəkilə klikləyin.

