Ə.Qarayev: “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək qonaqların yerləşdiriləcəyi məkanlarda monitorinqlər aparılır
Bakı, 4 mart, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək qonaqların yerləşdiriləcəyi məkanlarda monitorinqlər aparılır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.
Qonaqların təhlükəsizliyi baxımından nazirliyin öhdəsinə düşən vəzifələr barədə məlumat verən Ə.Qarayev bildirib ki, keyfiyyət, qida təhlükəsizliyi baxımından bütün sahələrə ciddi nəzarət olunur. Bunu təkcə biz deyil, müvafiq dövlət orqanları da keçirir. Əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycana gələcək bütün qonaqlar ölkəmizdən yalnız xoş təəssüratlarla qayıtsın. Ona görə də biz qidanın keyfiyyətsiz, xidmətin pis olmasına imkan verməməliyik. Bunun üçün də həm beşulduzlu, həm də üçulduzlu otellər qiymət və xidmət baxımından şərtlərə əməl etməlidirlər.
Nazir Azərbaycana müxtəlif təbəqəli turistlərin gəldiyi üçün üçulduzlu otellərin fəaliyyət göstərməli olduğunu vurğulayaraq deyib: “Hesab edirəm ki, onların xidməti də üçulduzlu otel səviyyəsində olur. Bu o demək deyil ki, həmin otellər dörd və ya beşulduzlu otellərdən pisdir. Düşünürəm ki, üçulduzlu oteldə qalmaq istəyən qonaqlar verdiyi vəsaitin qarşılığında razılaşdığı xidməti əldə edəcək”.
Əbülfəs Qarayev, həmçinin dolların məzənnəsinin qalxmasının otel və təyyarə biletlərinin qiymətlərinə necə təsir edəcəyi barədə danışaraq bildirib ki, ödəniş xərclərini manatla həyata keçirən otellərin qiymətlərində heç bir dəyişiklik olmayıb. Həmçinin ödəniş xərcləri dollarla keçirilən otellərin qiyməti də olduğu kimi qalır. Bu, beynəlxalq təcrübədir və buna təəssüflənməyə ehtiyac yoxdur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51