Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin iclası keçirilib.
İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə elmin inkişafına böyük əhəmiyyət verildiyini vurğulayıb.
Gündəlikdə duran məsələlər barədə məlumat verilib.
İclasda AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin 2014-cü ildəki elmi və elmi təşkilati fəaliyyəti haqqında məruzələr dinlənilib, müzakirələr aparılıb.
