Dünyanın qocaman sakini yaponiyalı Misao Okava 117 yaşını vaxtından əvvəl qeyd edib
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, o, 1898-ci il martın 5-də anadan olub. Bayram tədbirləri isə martın 4-də təşkil edilib. Qadının bu addımı atmasının səbəbi bilinmir. O, hazırda Osakada qocalar evində yaşayır.

1919-cu ildə ailə həyatı quran qadının 3 uşağı olub. Hazırda onun 4 nəvə və 6 nəticəsi var.

M.Okava 2013-cü ildə "Ginnesin Rekordlar Kitabı"nın nümayəndələri tərəfindən dünyanın ən yaşlı sakini kimi tanınıb.

Milli.Az