Bakı, 4 mart, AZƏRTAC 
Bərdədə illik gücü 6800 ton olan “Qarabağ” çörək zavodu, 5 min tonluq soyuducu kamera və 1000 tonluq taxıl saxlama müəssisəsi fəaliyyət göstərir. Hazırda isə rayonda qarışıq yem emalı zavodu tikilir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AZƏRTAC-a bildirib ki, Bərdədə heyvandarlığın sürətli inkişafı nəzərə alınaraq, qarışıq yemə olan tələbatı ödəmək üçün rayonun Mehdili kəndində yem emalı zavodunun inşasına başlanılıb. Zavod bu il istifadəyə veriləcək. Müəssisənin istehsal gücü il ərzində 5000 tona bərabər olacaq.