Azərbaycanın "Silk Way West" şirkəti "Boeing" şirkətindən 3 ədəd "747-8 Freighter" modelli təyyarə sifariş verib.

Bu barədə çərşənbə günü Trend Bloomberg-ə istinadən məlumat verir.

Təyyarələrin ümumi məbləği 1,1 milyard dollar təşkil edir.

"Silk Way" şirkətlər qrupunun prezidenti Zaur Axundov deyib:

"Silk Way Airlines" şirkətinin müvəffəqiyyəti və mənfəəti aviaparkının və xidmətlərinin genişləndirilməsinə yatırılan sərmayələrin, eləcə də artan regional və beynəlxalq nüfuzunun birbaşa nəticəsidir. Əminəm ki, 3 yeni "Boeing 747-8" sayəsində şirkət indiki inkişaf tempini saxlayacaq".

Milli.Az