Metronun "Qara Qarayev" stansiyasının qarşısında, yol kənarında mal kəsilib və ət yerə atılıb. Əti yerdə doğrayaraq mağazaya aparırlar.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Milli.Az-a açıqlamasında bildirdi ki, Azərbaycanda açıq ət satışına qadağa qoyulması hazırda mümkün deyil. Onun sözlərinə görə, istehlakçılar baytarlara inanmırlar və ona görə də marketlərdən ət almırlar.
Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Milli.Az-a açıqlamasında bildirdi ki, qəssabxanalarda, yol kənarında kəsilən ət heç vaxt etibarlı ola bilməz. Çünki yol kənarında həmin ətdən nümunə götürülməyib, heyvanın haradan gəlməsi, mənşəyi məlum deyil. Xidmət rəsmisi deyir ki, pərakəndə satışı qadağa edirik, qeyri-qanuni kəsim məntəqələri və ət satışı ilə bağlı, baytarlıq-sanitar ekspertizaların keçirilməsi ilə əlaqədar cərimələr edirik, ciddi mübarizə aparırıq.
Gülər
Milli.Az



