Çində yerləşən həbsxanaların birində mini-şəhər salıb
Bakı, 4 mart, AZƏRTAC
Pekin həbsxanalarının birində əsl mini-şəhər tikilib. Orda avtobus dayanacaqları, metro, bankomatlar, supermarketlər, bir sözlə, bütün meqapolislər üçün vacib olan hər bir şey mövcuddur. Layihənin məqsədi 20 ildən artıq barmaqlıqlar arxasında qalan məhbusların hazırkı reallığa alışdırılmasıdır.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, həbsxanadakı metro həqiqi deyil və məharətlə hazırlanmış mulyajdan ibarətdir. Buna baxmayaraq, burada bankomatlar və supermarketlər real həyatda olduğu kimi fəaliyyət göstərir.
Pekindəki penitensiar müəssisənin nümayəndəsinin sözlərinə görə, həbsxana şəhərini tikmək ideyası azadlığa buraxılmış məhbuslardan birinin həbsdə olduğu müddətdə güclü dəyişikliyə uğramış reallığa alışa bilməyərək intihar etməsindən sonra yaranıb.
Həbsxana şəhərciyində hətta məhbusların şəbəkəyə girə biləcəyi internet-kafe də fəaliyyət göstərir. Rəhbərliyin əsl miniatür şəhər yaratmağa çalışdığını deyən islah müəssisəsinin əməkdaşı Lyan Çu burada məhbuslara kompüterlərdən və mobil telefonlardan istifadə etməyi də öyrətdiklərini bildirib. Penitensiar müəssisənin administrasiyası bu təcrübənin azadlığa çıxan insanların yenidən cinayət fəaliyyətinə dönməsi faizini azaldacağına ümid edi.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51