Tehran nüvə proqramı ilə bağlı yekun razılaşma əldə etmək üçün onu ən azı 10 il müddətinə dondurmalıdır, Prezident Barack Obama deyib.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, Reuters agentliyinə müsahibəsində ABŞ lideri İranla razılaşmaya nail olmaq şanslarının aşağı olduğu etiraf edib. Ancaq Obama nüvə proqramının dondurulmasına alternativ hər hansı addımın “daha pis” olduğunu qeyd edib.
 
Çərşənbə günü Konqres üzvləri qarşısında İranla hər hansı razılaşma əleyhinə olan İsrailin baş naziri çıxış etməlidir.
Barack Obamanın sözlərinə görə, ötən il İranla müvəqqəti sövdələşməni tənqid edən Benyamin Netanyahu yanlış addım atıb.
 
Qərbdə İranın gizli nüvə proqramına malik olduğunu desələr də, Tehran bu kimi ittihamları təkidlə rədd edir.
 
ABŞ, Birləşmiş Krallıq, Rusiya, Çin, Fransa və Almaniya istəyirlər ki, İran öz nüvə proqramını məhdudlaşdırsın. Dünya gücləri bunun əvəzinə BMT sanksiyalarının qaldırılmasını təklif edir.
 
Milli.Az