Ukrayna Ali Radasında bu gün deputatlar arasında yenidən dava düşüb.Ukrayna Ali Radasında deputatlar bir-birləri ilə əlbəyaxa olublar
Anspress-in məlumatına görə, "Radikal" partiyasının lideri Oleq Lyaşko keçmiş silahdaşı Sergey Melniçuku ittiham edib və onu parlamentdən qovmağa çağırıb.
Sergey Melniçuk etiraz edib və deputatlar arasında dava düşüb.
"Xalq cəbhəsi" partiyasının deputatları onları ayırmağa çalışsalar da, buna nail ola bilməyiblər. Dava zamanı deputatlar zalda metal konstruksiyaları dağıdıblar.
Melniçukun sifəti qan içində olub. Məsələyə parlamentin mühafizəçiləri qarışıb. Heç cür sakitləşməyən Lyaşko "Cəmdəyi bayıra!" deyə qışqırırdı.
Qeyd edək ki, bir neçə həftə əvvəl Melniçuk ("Aydar" batalyonunun komandiri olub) Lyaşkoyla sözləri çəp gəldiyinə görə "Radikal" partiyasından kənarlaşdırılıb.
Milli.Az

