Bakı, 3 mart, AZƏRTAC
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşümüzdə türkmən qazının Türkiyəyə və Türkiyədən Avropa bazarlarına çıxarılması istiqamətində fikir mübadiləsi apardıq. Bu mövzuda Türkmənistan ilə Türkiyənin baxışları eynidir. Bu sahədə başda Azərbaycan olmaqla digər bölgə ölkələrlə də yaxın əməkdaşlıq edirik.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. O bildirib ki, Orta Asiyanın Xəzər dənizi vasitəsilə beynəlxalq bazarlara çıxmasında Türkmənistan xüsusi bir mövqeyə sahibdir. Türkmən qardaşlarımız da bunu fürsətə çevirmək və daha yaxşı qiymətləndirmək üçün çox böyük səylər göstərirlər.
Xatırladaq ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qardaş ölkədə rəsmi səfərdədir.