AŞPA-nın həmməruzəçiləri Ədliyyə Nazirliyində olublar
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Taduez İvinski ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığı vurğulayan nazir ötən il ölkəmizin Avropa Şurası Nazirlər Komitəsindəki uğurlu sədrliyini, eləcə də bu mötəbər qurumun Azərbaycan üçün qəbul olunmuş 2014-2016-cı illər üzrə Fəaliyyət Planının icrası üzrə tədbirləri qeyd edib. T.İvinskini yeni həmməruzəçi təyin olunması münasibətilə təbrik edən nazir ona uğurlu fəaliyyət arzulayıb.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, hakimlərin sayının artırılması, onların Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən seçimi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və onun səlahiyyətlərinin genişləndirilməsi, elektron məhkəmənin tətbiqi, infrastrukturun müasirləşdirilməsi üzrə görülən işlər barədə həmməruzəçiləri məlumatlandırıb. Həmçinin penitensiar sistemin inkişafı, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, bu məqsədlə bölgələrdə yeni müasir penitensiar müəssisələrin inşası üzrə tədbirlər diqqətə çatdırılıb.
T.İvinski əvvəllər Azərbaycana səfər etdiyini və xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşdüyünü xatırladaraq ölkəmiz və həyata keçirilən demokratik proseslər haqqında məlumatlı olduğunu bildirib. Həmməruzəçilər məhkəmə-hüquq sistemindəki nailiyyətləri maraqla qarşılayaraq təqdir edib, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə, o cümlədən səfər zamanı penitensiar müəssisələrə baş çəkmək üçün şərait yaradılmasına görə minnətdarlığını ifadə edib.
Görüşdə, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqlarının təminatı və digər mövzular üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib.
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri xanım Draqana Filipoviç görüşdə iştirak edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51