"Ermənilər Qarabağı dərhal tərk etməlidir"
ANS PRESS-in Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, görüşdə Oqtay Əsədov bildirib ki, Azərbaycan Sloveniya ilə əlaqələrin inkişafında maraqlıdır: "Münasibətlərimizin dərinləşməsində dövlət başçılarımızın qarşılıqlı səfərləri və aparılan danışıqlar mühüm rol oynamışdır".
Bu günə qədər ölkələrimiz arasında 12 sənəd imzalanmış, 8 sənəd layihəsi isə baxılmaq üzrədir. İqtisadi əlaqələrimizin inkişafı üçün əlverişli imkanlar mövcuddur. Bu gün Azərbaycanda 11 Sloveniya şirkəti fəaliyyət göstərir. Bu sahədə biznes forumların keçirilməsi və iqtisadi məsələlər üzrə Azərbaycan-Sloveniya birgə işçi qrupunun fəaliyyətinin canlandırılması əhəmiyyətli rol oynaya bilər. Təqdirəlayiq haldır ki, Azərbaycan-Sloveniya biznes alyansına Sloveniyanın 15 nüfuzlu şirkəti daxildir. Onların bir çoxu artıq ölkəmizdə müxtəlif sahələr üzrə tenderlərin qalibidirlər.
Söhbətdə spiker mədəni sahədə də əlaqələrimizin yüksək səviyyədə olduğuna diqqət çəkdi. O, 2011-ci ildə Prezident İlham Əliyevin Sloveniyaya səfəri çərçivəsində Novo Qoritsa şəhərində Mehdi Hüseynzadənin memorial muzeyinin açılışını yüksək dəyərləndirərək, bu şəhərdə Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin yaradılmasını təqdir etdi.
Milli Məclisin sədri dövlətlərarası münasibətlər sistemində parlamentlərin özünəməxsus rolu olduğunu vurğuladı. Deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşlərini və qarşılıqlı səfərləri əhəmiyyətli hesab etdi.
Azərbaycanın sürətli inkişafından söz açan sədr Dağlıq Qarabağ münaqişəsinin bölgənin təhlükəsizliyinə böyük maneə olduğunu söylədi. Bildirildi ki, erməni təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından didərgin düşmüş, ölkənin 20 faiz ərazisi işğal edilmişdir: "Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Bu işdə dünya birliyinin dəstəyinə ümid edirik".
Sloveniya Respublikası Parlamenti Milli Şurasının Sədri Mitya Bervar ölkəsinin parlament Sədri kimi Azərbaycana ilk səfərindən məmnun qaldığını dedi. Qonaq Sloveniya parlamenti haqqında Milli Məclisin Sədrinə ətraflı məlumat verərək, ölkələrimiz arasında qanunverici orqanlar səviyyəsində əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğuladı. Qeyd edildi ki, Sloveniya həyatın ən müxtəlif sahələrində Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. Səfər çərçivəsində ölkəsinin STA informasiya agentliyi ilə AzərTAc arasında bağlanmış əməkdaşlıq sazişinin bunun parlaq nümunəsi olduğunu söylədi. Bildirildi ki, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi ümumi məqsədlərə xidmət edir. O, ölkəsində Mehdi Hüseynzadənin xatirəsinə poçt markası buraxıldığını qeyd edərək, mədəni-humanitar sahədə əməkdaşlığı daha dərinləşdirmək niyyətində olduqlarını dedi.
Görüşdə Dağlıq Qarabağ problemindən söz açan qonaq Sloveniya parlamentində bu məsələ ilə əlaqədar ötən ilin dekabrında qəbul olunmuş qərara diqqət çəkdi. Bildirildi ki, qərarda Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənməklə yanaşı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını və məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını özündə ehtiva edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl olunması məqsədəuyğun hesab edilir. Sloveniyanın Milli Şurası sənəddə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini dəstəkləyir.
Qəbulda qonaq Birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizdə görülən işləri yüksək dəyərləndirərək, Azərbaycan və Sloveniya idmançılarının bu mötəbər yarışda yüksək nəticələr göstərəcəyinə inamını ifadə etdi. Söhbətin sonunda Milli Məclisin Sədri qonağı Birinci Avropa Oyunlarına dəvət etdi. Dəvət məmnuniyyətlə qəbul olundu.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədr müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Sloveniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Ağalar Vəliyev, ölkəmizin Sloveniyadakı səfiri Qalib İsrafilov və digər rəsmi şəxslər iştirak edirdilər. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51