"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Suriyanın Rəqqa şəhərində Şəriət Məhkəməsinin daha bir cəzasını gerçəkləşdirib.
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, İŞİD-in faktiki paytaxtı olan bu şəhər sakinlərindən biri oğurluqda suçlanıb. O, mərkəzi meydanlardan birinə çıxarılıb və burada yüzlərlə "tamaşaçı"nın qarşısında onun sağ əli ət baltası ilə biləkdən kəsilib.
Cəza mərasiminin fotolarını İŞİD-in təbliğat mərkəzi olan "Al Hayat Media Center" yayıb.
Milli.Az




