Ankara, 3 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının aparıcı kütləvi informasiya vasitələri Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) Bakıda keçirilən 3-cü iclası və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) 95 illik yubileyi barədə məlumatlar yayıb.
Məlumatlarda dünyanın aparıcı xəbər agentliklərinin rəhbərlərinin, o cümlədən Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Xəbər Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseynin bu tədbirlərdə iştirak etdiyi diqqətə çatdırılır.
Oxucuların diqqətinə çatdırılır ki, AZƏRTAC 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrlik edəcək.
Yazılarda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) fəaliyyəti barədə məlumatlar da əksini tapır.
www.spa.gov.sa, www.alriyadh.com, www.al-jazirah.com saytlarında yayılan yazılar ölkənin aparıcı “Ər-Riyad” və “Əl-Cəzirə” qəzetlərində də dərc olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

