ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı diqqətçəkən açıqlama verib.
Metbuat.az xəbər verir ki, Tramp Vaşinqtondan Miçiqana uçarkən jurnalistlərin suallarını cavablandırıb. O, İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə F-35 satışına etirazına münasibət bildirib. Trampın sözlərinə görə, heç kim ABŞ-nin hansı ölkəyə silah satacağına müdaxilə edə bilməz:
"Türkiyə mənim üçün böyük müttəfiqdir. Prezident Rəcəb Tayyib Ərdoğan mənim dostumdur. Heç kim mənə kimə nə satmalı olduğumuzu və ya etməməli olduğumuzu deyə bilməz. Türkiyə bizim böyük müttəfiqimizdir", – deyə Tramp bildirib.
ABŞ Prezidenti Türkiyə ilə İsrail arasında fikir ayrılıqlarının mövcud olduğunu qeyd edib. O, Ankaraya səfərinin uğurlu keçdiyini xatırladaraq, Türkiyəni güclü orduya və müasir hərbi texnikaya malik ölkə kimi xarakterizə edib.