Yeni mövsümdə həm Türkiyə Super Liqasında, həm də Çempionlar Liqasında iddialı heyət qurmaq istəyən "Qalatasaray" transfer hazırlıqlarinı sürətləndirib.
Metbuat.az xəbər verir ki, sarı-qırmızılıların almaq istədiyi ulduz futbolçunun İtaliyanın "Atalanta" klubunda çıxış edən belçikalı yarımmüdafiəçi Şarl De Ketelare olduğu ortaya çıxıb. Klub rəhbərliyinin texniki heyətin hesabatı əsasında 25 yaşlı futbolçunun transfer şərtlərini araşdırmağa başladığı bildirilir. Yüksək texniki göstəriciləri və çoxşaxəli oyunu ilə diqqət çəkən 25 yaslı futbolçu "Qalatasaray"ın transfer planlamasında ön sıraya çıxıb.
Xəbərdə belçikalı futbolçu ilə sarı-qırmızılılardan başqa, "Bayern Münhen" və PSJ kimi Avropa nəhənglərinin də maraqlandığı vurğulanır.
"Atlanta"nın Şarl De Ketelare üçün 50 milyon avro transfer haqqı tələb etdiyi və "Qalatasaray"ın bu məbləği ödəməyə hazır olduğu bildirilir.