İtaliya nəhəngi "Milan" 40 yaşlı futbolçu Luka Modriçlə müqaviləni 2027-ci ilin iyuluna kimi uzadıb.
Metbuat.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi səhifəsində məlumat yayılıb. Xorvatiyalı yarımmüdafiəçinin daha bir il İtaliya təmsilçisinin şərəfini qoruyacağı açıqlanıb.
Qeyd edək ki, Luka Modriç bu il İtaliya klubunun heyətində 27 rəsmi matça çıxıb. O, iki dəfə fərqlənməyi bacarıb.